
Ukrayna prezidenti Pyotr Poroşenko artıq Bakıya gəlmək üçün yola düşüb.
"Qaynarinfo.Az" xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın dövlət başçısı ölkəmizə təxminən günorta saatlarında çatacaq.
P.Poroşenko prezident İlham Əliyevlə birlikdə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının beşinci iclasını keçirəcək. Səfər zamanı iki ölkə arasında əməkdaşlığın güclənməsinə dair sazişlərin imzalanması nəzərdə tutulur. Görüşlərdə İlham Əliyevlə yanaşı, baş nazir Artur Rasizadə və Milli Məclisinin spikeri Oqtay Əsədov da iştirak edəcək.
Qeyd edək ki, səfər iki gün çəkəcək.
Qaynarinfo.Az