Xəbər lenti

Praqada yaşayan azərbaycanlı gənc rəssamın fərdi sərgisi keçirildi (FOTO)
Foto 16:00 22.09.2025

Praqada yaşayan azərbaycanlı gənc rəssamın fərdi sərgisi keçirildi (FOTO)

Praqada yaşayıb-yaradan rəssam Heyran Mustafa-Zadənin "Rişələr” adlı fərdi sərgisi keçirilib. Sərgi Beynəlxalq Sülh Gününə həsr olunub. 

Praqa Azərbaycan Mədəniyyət Evində sərginin açılışı münasibətilə baş tutan tədbirdə iştirak edənlər, sənət adamları və mütəxəssislər qeyd edib ki, "Rişələr” yaddaş, dözüm və yenilənmə üzərinə bir məkan yaradır. Keçmiş və itmiş bilinənlər burda yeni başlanğıclar üçün münbit zəminə çevrilir. Vurğulanıb ki, Heyran Mustafa-Zadənin əsərləri güclü vizual dilə sahib olmaqla yanaşı, dərin fəlsəfi refleksiya ilə izləyicini köklər, rişələr üzərində düşünməyə dəvət edir. Həmçinin bildirilib ki, Heyran Mustafa-Zadənin "Yeni” silsiləsi və son illərin seçilmiş əsərləri də transformasiya və fəlsəfi idrakı araşdırır, şəxsi təcrübəni ümumbəşəri zaman axarı ilə bağlayır.

Sərgidə çıxış edən Heyran Mustafa-Zadə bildirib ki, təqdim olunan layihə üzərində işə Bakıda 44 günlük Qarabağ müharibəsinin təsir və təəssüratı altında başlanmışdır. Bu silsilə Praqada tamamlanmış, ağrı ilə ümid, yaddaşla yenilənmə arasındakı uçurum üzərindən atılmış körpü obrazına çevrilmişdir

Sərgidə çex rəssamları, akademik mühitin təmsiçiləri, o cümlədən Art & Design İnstitutunun rektoru professor Yulius Qaydoş, sənətşünas İvona Raymanova, tanınmış fotoqraf Tomaş Umlauf və digər sənət adamları, qalereya rəhbərləri, eləcə də Azərbaycan və Türkiyə səfirliklərinin, Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.

Sərginin kuratoru Praqa Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Bəyimdir. 

Xatırladaq ki, sərgi noyabrın 10-dək davam edəcək. 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->