Xəbər lenti

Prezident Azərbaycanın və Serbiyanın uğurla əməkdaşlıq etdiyini vurğuladı
Siyasət13:23 21.08.2022

Prezident Azərbaycanın və Serbiyanın uğurla əməkdaşlıq etdiyini vurğuladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Azərbaycanın və Serbiyanın uğurla əməkdaşlıq etdiyini vurğulayıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycanın dövlət başçısı bu barədə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə telefon danışığında bildirib.
Prezident İlham Əliyev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Serbiya Prezidentini təbrik etdi, müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın və Serbiyanın ikitərəfli və çoxtərəfli əsaslarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğuladı.