Xəbər lenti

Prezident İlham Əliyevin qəbulunda zəlzələ anı - VİDEO
Siyasət05:42 10.09.2013

Prezident İlham Əliyevin qəbulunda zəlzələ anı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət başçısı hadisəyə soyuqqanlı və təmkinli yanaşıb

Bakıda keçirilən iclasda iştirak edən MDB ölkələrinin Sərhəd Qoşunlarının komandanları prezident İlham Əliyevin qəbulunda olublar.

Qaynar.info ANS TV-yə istinadla bildirir ki, görüş gedərkən səhər saatlarında Bakıda baş verən zəlzələ hiss edilib. Dövlət başçısının hadisəyə soyuqqanlı və təmkinli yanaşması diqqət çəkən məqam olub.

Qeyd edək ki, bu gün Bakıda MDB ölkələri Sərhəd Qoşunları komandanları şurasının 70-ci iclası keçirilir. İclasın gündəliyinə 7 məsələ daxil edilib. Bu məsələlər arasında 2014-cü ildə MDB ölkələrinin xarici sərhədlərinin, o cümlədən mərkəzi Asiya regionu və Xəzər hövzəsində xarici sərhədlərin təhlükəsizliyinin təmin olunması da var.

Qaynar.info