Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Bahar Əvəz qızı Muradova 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qaynarinfo-nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Milli Məclisin sabiq sədr müavini, sabiq deputat Bahar Muradova hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədridir.