Siyasət 13:16 25.05.2023

Prezidentdən Elmira Axundova ilə bağlı sərəncam

Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Elmira Axundova bir neçə gün əvvəl Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırılıb.