Korrupsiya qalmaqalından sonra siyasi gələcəyi ilə bağlı qərar vermək üçün ölkə prezidenti Gitanas Nauseda tərəfindən iki həftə vaxt verilən Litvanın baş naziri Gintautas Palukas istefa verib.
Qaynarinfo xəbər verir ki, Litva Radio və Televiziyası dövlət başçısına istinadən məlumat yayıb.
Litva prezidenti deyib: "Palukas səhər zəng vurub və istefa verdiyini bildirib".
Məlumata görə, Palukas həm baş nazir, həm də Litva Sosial Demokrat Partiyasının sədri vəzifəsindən istefa vermək qərarına gəlib.
Nauseda qeyd edib ki, hazırda Litvanın siyasi həyatında əsaslı heç nə dəyişmir. Prezident həmçinin vurğulayıb ki, baş nazirin istefa qərarı gecikmiş qərardır.
"O, yeganə düzgün qərarı verdi, bu fürsətdən istifadə etdi", deyə Nauseda qeyd edib.
İyulun 25-də bildirilib ki, Palukkas Nausedanın ultimatumundan sonra ev işləri ilə məşğul olmaq üçün iki həftəlik məzuniyyətə gedib.
Litvada ölkənin baş nazirinin mümkün maliyyə sui-istifadələri ilə bağlı qalmaqal yaranıb. Hökumət başçısı qohumlarının şirkəti tərəfindən milli bankdan güzəştli kredit almaqda, habelə paytaxt bələdiyyəsinin rəhbəri olduğu dövrdə mübahisəli daşınmaz əmlak almaqda ittiham olunur.
Aydın
Şərhlər