Dünya 22:47 10.06.2022

Putin: Qərb illərlə Rusiya neft və qazından imtina edə bilməyəcək

Qərb illərlə Rusiya neft və qazından imtina edə bilməyəcək.

Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Putin qeyd edib ki, bu müddət ərzində nə baş verə biləcəyini heç kim bilmir, ona görə də Rusiya şirkətləri "neft quyularını betonlamayacaq”.

Avropa Birliyi 2022-ci ilin sonuna kimi Rusiya neftindən asılılığını 90% azaltmağı öhdəsinə götürüb, lakin qazla bağlı hələ də qərar verilməyib. 

AB hazırda qazın təxminən 40%-ni Rusiyadan idxal edir.

Lakin qlobal neft və qaz qiymətlərinin artması o deməkdir ki, tədarükün ümumi azalmasına baxmayaraq, Rusiyanın mənfəəti son aylarda arta bilər.

ABŞ rəsmiləri etiraf edir ki, hazırda Rusiyanın enerji mənfəəti müharibədən əvvəlkindən artıqdır.

"Dünya bazarında neftin həcmi azalır, qiymətlər isə yüksəlir. Şirkətlərin mənfəəti artır”,- prezident Putin bir qrup gənc sahibkara deyib.

Nurlan Hüseynov