Xəbər lenti

Putin və Kerri Moskvada Qarabağı müzakirə etməyəcək
Siyasət11:07 13.07.2016

Putin və Kerri Moskvada Qarabağı müzakirə etməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putinin ABŞ Dövlət katibi Con Kerri ilə görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə olunmayacaq. 

"Qaynarinfo.Az" rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov görüşdə müzakirə olunacaq məsələləri sıralayarkən, Dağlıq Qarabağ məsələsini bu sırada qeyd etməyib. 

Peskov qeyd edib ki, günün ikinci yarısında prezident Putin dövlət katibi Con Kerrini və Rusiya Xarici İşlər Naziri Sergey Lavrovu qəbul edəcək: "Danışıqların mövzusu isə məlumdur: Bu həm Suriya məsələsidir, həm Ukrayna məsələsidir, həm də ikitərəfli münasibətlərdir".    

Qeyd edək ki, Con Kerri Moskvaya iyulun 14-də səfər edəcək. 

Qaynarinfo.Az