Xəbər lenti

Putindən Paşinyana 17 gün gecikən təbrik
Siyasət19:31 27.12.2018

Putindən Paşinyana 17 gün gecikən təbrik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanı partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Qaynarinfo erməni mediyasına istinadən xəbər verir ki, Putin gec olsa da, Paşinyana təbriklərini çatdırıb, fəaliyyətində uğurlar arzulayıb. 
Qeyd edək ki, "Mənim addımım" bloku dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlsə də, Putin bu münasibətlə Paşinyanı təbrik etməmişdi.