Xəbər lenti

Putini Xruşovun taleyi gözləyir? - Zərdüşt Əlizadə
Siyasət10:48 30.05.2022

Putini Xruşovun taleyi gözləyir? - Zərdüşt Əlizadə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Washington Post" qəzetinin məlumatına görə, Ukraynada çıxılmaz duruma düşən Rusiya prezidenti Vladimir Putinə qarşı Kremldə qiyam əhval-ruhiyyəsi hökm sürür. Nəşr qeyd edir ki, hakimiyyət dəhlizlərində Putinin fəaliyyətindən narazı olanların sayı durmadan artır. 
Ukrayna müharibəsində Rusiyanın itkiləri artdıqca və ölkədə sosial-iqtisadi böhran dərinləşdikcə, siyasi elita parçalanmağa doğru sürüklənir. Heç də təsadüfi deyil ki, iki gün əvvəl Rusiya Kommunist partiyasının Vladivostok üzrə deputatı Leonid Vasyukeviç Kremldən Ukraynada hərbi əməliyyatları dayandırmağı və qoşunlarını geri çəkməyi tələb edib. 
Görünən odur ki, rus ordusunun Ukraynada nəticə əldə etməməsi istər-istəməz Kreml daxilində Putinə olan etimadı dağıdır. Qərb analitikləri hesab edir ki, proses Putinin çevriliş yolu ilə devrilməsi ilə yekunlaşa bilər. Araşdırmaçılar bu fikirdədirlər ki, Rusiya prezidentini hərbçilər deyil, elə siyasi elitanın özü hakimiyyətdən sala bilər. Artıq Putini əvəzləyəcək mümkün şəxslərin adları da hallanmağa başlayıb. 
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Zərdüşt Əlizadənin fikrincə, Putinə qarşı qiyam olarsa, bu sui-qəsd formasında baş verə bilər:
"Putin hakimiyyətinə qarşı daxildə hər hansı bir qiyamın olub-olmayacağını heç kəs dəqiq proqnozlaşdıra bilməz. Lakin əgər Putinə qarşı qiyam olarsa, ilk növbədə prezidenti fiziki cəhətdən aradan aradan götürmək istəyəcəklər. Sui-qəsdi hazırlayanlar isə onu adətən gizli saxlayır, bu barədə hər hansı bir elan vermirlər. Əgər gerçəkdən Putini devirmək istəyən qüvvələr mövcuddursa, əmin olun ki, onlar bunu gizli edəcəklər”. 
"Çevriliş reallaşarsa, Putini kim əvəzləyə bilər” sualna cavab verən ekspert vurğulayıb ki, Putinin ətrafı Qərblə bağlı olan simalardan ibarətdir:
"Patruşev, Şoyqu, Medvedyev hamısı eyni səpkili adamlardır. Düzdür, adlarını çəkdiyim bu simalar Putin qədər qəddar deyillər. Onlardan kimsə Putini əvəz edərsə, onun kimi ağılsız siyasət yürütməyəcək. Putinin acı taleyi hamı üçün dərs olacaq”. 
Rüfət Sultan