Siyasət 15:15 30.10.2022

Putinin çıxışı erməniləri niyə bu qədər ruhlandırıb?

Oktyabrın 24-də Rusiya prezidenti Vladimir Putinin Valday Forumunda çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsilə bağlı bəyanatı gözlənilmədən Ermənistanda nikbinliyin artmasına səbəb olub.

Qeyd edək ki, Putin az qala ultimativ şəkildə Ermənistan rəhbərliyini münaqişəni kiminlə həll etmək istədiyinə qərar verməyə çağırıb. Eyni zamanda o işarə edib ki, məsələnin Rusiya ilə həllindən imtina ediləcəyi təqdirdə ermənilər yeni itkilər verə bilər.

Bununla belə, bir neçə saat sonra baş nazir Nikol Paşinyan bildirib ki, problemi Rusiya ilə həll etməyə hazırdır. Bundan dərhal sonra erməni tərəfdə  "Vaşinqton variantı”nın Qarabağın Azərbaycanın tərkibində qalmasını nəzərdə tutması, Rusiya variantında isə bunun belə olmaması ilə bağlı Putinin fikirlərinə dair şərhlər səslənməyə başlayb.

Putinin çıxışında bu haqda deyilməsə də, "Vaşinqton” variantına dair bağlı Yerevanın əlində bayraq olub.

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan, onun ardınca isə sələfi Bako Saakyan alovlu çıxışlar ediblər. Onların hər ikisi bildiriblər ki, iki əllə Rusiya planına tərəfdardırlar və nizamlanma Qarabağın öz müqəddəratını təyin etmədən və müstəqilliyi olmadan mümkün deyil.

Nəhayət, şənbə günü Nikol Paşinyan özünün Mülki Müqavilə Partiyasının qurultayında çıxış edərək bildirib ki, Soçidə "Rusiya sülhməramlılarının 10-15-20 il müddətinə Qarabağda qalması haqda” sənədi imzalamağa hazırdır. Onun sözlərinə görə, bu, ermənilərin təhlükəsizliyini təmin edəcək və onların gələcək statusunu müəyyən edəcək.

Görünür, Ermənistanda və Qarabağda qərara gəliblər ki, Rusiya Bakını Qarabağa müstəqillik statusu verməyə məcbur etməyə hazırdır. Lakin Ermənistan rəhbərliyində heç kim bu sualı vermir ki, niyə  Azərbaycan buna razı olsun?

Mənbə: Turan.az