"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi mövsümün sonuna qədər zədə səbəbindən oynaya bilməyəcək. Buna baxmayaraq, onun Avropa transfer bazarında hələ də maraqla izlənildiyi məlum olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Argentina mətbuatı yazıb.
Avropanın iki nəhəng klubu - "Napoli" və "Roma" İkardinin vəziyyətini yaxından izləyir.
İddiaya görə, "Napoli" və "Roma"nın İkardinin transferi ilə bağlı planlar qurur, futbolçunun bərpa prosesini yaxından izləyir. Hər iki klubun ulduz hücumçu üçün təklif hazırlığında olduğu və onun tam sağaldıqdan sonra rəsmi addımlar ata biləcəyi bildirilib.
Bu arada, ağır zədə alan və bu səbəbdən mövsümü erkən başa vuran İkardinin yaşıl meydanlara qayıdış tarixi barədə klubun həkimi Yener İnce açıqlama verib. O bildirib ki, müalicə prosesində hər hansı problem yaranmazsa, argentinalı hücumçu iyul və ya avqust ayında yenidən oynamağa başlaya bilər.
Aydın
Şərhlər