Xəbər lenti

Qarabağa gedən rus: Vaxtilə İsrailə də qarşı çıxmışdım
Siyasət18:59 22.06.2016

Qarabağa gedən rus: Vaxtilə İsrailə də qarşı çıxmışdım

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Satanovski heç kimin məsləhəti olmadan “DQR”-ə gedib

Bu yaxınlarda “Dağlıq Qarabağ Respublikası”na səfər etmiş rusiyalı politoloq və şərqşünas Yevgeni Satanovski adının Azərbaycanın “qara siyahı”sına salınmasından narahat deyil.

ANS PRESS-in məlumatına görə, Satanovski heç kimin məsləhəti olmadan “DQR”-ə gedib-getməmək məsələsini özü həll etdiyini qeyd edib.

Rusiyalı şərqşünas Yevgeni Satanovski bir neçə gün əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. O, Dağlıq Qarabağda qondarma rejimin nümayəndələri ilə bir sıra görüşlər keçirib.

“Vaxtilə mənə o qədər insan göstəriş verməyə cəhd edib ki, hara getmək olar, hara yox. İndi onlar haradadır? Mən nə vaxt istədim, onda da Qəzza sektoruna getdim. Və mənim üçün fərqi yox idi ki, İsrail XİN-i buna necə reaksiya verəcək. Başqa yerlərə gedəndə də həmçinin... Bu mənim işim və mənim haqqımdır. Heç bir ölkənin heç bir XİN-i mənə göstəriş verə bilməz ki, mən Dağlıq Qarabağa gedim, ya getməyim”, - deyə şərqşünas bildirib.

Rusiyalı şərqşünas, Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovskininadı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək. Dünən bu sözləri XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev isə dünən verdiyi açıqlamada bildirmişdi ki, Rusiyalı şərqşünas Yevgeni Satanovskinin adı “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək. Onun sözlərinə görə, Satanovskinin Dağlıq Qarabağa səfəri qanunsuzdur və o, bu səfəri ilə Azərbaycanın “Dövlət sərhədi haqqında” qanununu və Miqrasiya Məcəlləsinin tələblərini pozub.

Qaynarinfo.az