"Qarabağda inşa edilən aeroportlar və ölkə ərazisində mövcud olan digər strateji əhəmiyyətə malik olan obyektlər, o cümlədən hərbi hissələr, hava limanları, sənaye mərkəzləri, aerodromlar, körpülər, energetika sektoru və inzibati idarəetmə orqanları düşmən hücümündan qorunur. Bunun üçün HHM qoşunlarımız müvafiq döyüş vasitələri ilə təmin edilib”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Qarabağda tikilən aeroportların erməni hücum və təxribatlarından nə qədər sığortalanması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, yeni inşa edilən aerodromların da qorunması kifayət qədər ciddi şəkildə təmin olunub:
"Müharibə zamanı Ermənistan Mingəçevir Su Anbarına, hərbi aerodromlara, neft-qaz infrastrukturuna ziyan vermək məqsədi ilə operativ taktiki raket komplekslərindən və reaktiv yaylım atəşi sistemlərindən istifadə edərək hücum etmişdi. Onların arasında tətbiqi və ixracı qadağan olunmuş silahlar da var idi. Bizim Hava Hücümündan Müdafiə qüvvələrimiz bu hücumların qarşısını alması nəticəsində həmin strukturlara demək olar ki, ziyan dəymədi”.
Bahar Rüstəmli