Xəbər lenti

Qarabağda müharibə yenidən başlasa...
Siyasət18:03 09.02.2016

Qarabağda müharibə yenidən başlasa...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son zamanlar Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Türkiyənin regionda, xüsusən də Cənubi Qafqazda mövqelərini gücləndirməyə, hətta Rusiyanı sıxışdırmaq üçün onun ən yaxın müttəfiqi olan Ermənistana qarşı təzyiqləri artırmağa, hətta Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü ələ almağa çalışacağına dair fikirlər səsləndirilir. Hətta Qarabağ münaqişəsinin yenidən genişmiqyaslı müharibə müstəvisinə keçəcəyini proqnozlaşdıranlar da var.

Bununla bağlı regionda son baş verən hərbi-siyasi hadisələrin fonunda Qarabağda müharibənin yenidən başlaması ehtimalını Milli.Az-a şərh edən hərbi ekspert, Silahlı Qüvvələrin Hərbi Akademiyasının baş müəllimi, general-leytenant Yaşar Aydəmirov deyib ki, Ermənistan və onu himayə edən qüvvələr nümayiş etdirdiyi mövqeləri ilə regionda hərbi-siyasi vəziyyəti daim gərginləşdirməyə çalışsalar da, bu gərginliyin müharibə həddinə çatacağı hələlik gözlənilən deyil:   

"Bir neçə ay bundan qabaq Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də təxminən belə bir fikir bildirmişdi ki, iri dövlətlər bizi müharibəyə başlamağa qoymurlar. Ona görə də onlar vəziyyəti bu qədər çox gərginləşdirə bilməzlər. Çünki bu, onlara sərf eləməz və vəziyyət gərginləşsə, Azərbaycan nəinki Ermənistana layiqli cavab verəcək, hətta bu, Ermənistan ordusunun məhvinə, Ermənistanın özünün isə fəlakətinə səbəb olacaq. Vəziyyətin gərginləşməsinin hərbi cəhətdən Azərbaycan üçün heç bir təhlükəsi yoxdur. Təhlükə olsa, yalnız Ermənistan üçün ola bilər. Ona görə də onlar Azərbaycanı hələlik yalnız müəyyən həddə qədər qıcıqlandırmaq siyasəti yürüdürlər. Yəni gərginliyi yenidən müharibə həddinə gətirib çıxara bilməzlər. Çünki ermənilərin özləri də bunun onlar üçün hansı fəlakətə gətirib çıxaracağını çox yaxşı dərk edirlər. Onlar çox yaxşı bilirlər ki, erməni xalqını guya çox şeylər edə biləcəyi barədə uydurduğu yalanlarla çox aldada bilməyəcəklər".

Buna baxmayaraq, ekspertin fikrincə, sözsüz ki, Rusiya-Türkiyə münasibətlərinin gərgin olması regiona da təsir edir. Amma bu gərginliyin də yaranmasına maraqlı olan üçüncü qüvvələr var: "Biz istərdik ki, Rusiya və Türkiyə arasındakı münasibətlərdə stabillik olsun. Çünki onlar arasında münasibətlər elə-belə, özbaşına pozulmayıb. Kimsə bu problemin yaranmasında, məsələləri qurdalayıb vəziyyətin gərginləşməsində çox maraqlıdır".

Qaynar.info