Xəbər lenti

Qarabağda vəzifədə azərilər olmalıdır... Görün Paşinyan bizi hara aparır... - Hakopyan
Siyasət11:11 27.12.2021

Qarabağda vəzifədə azərilər olmalıdır... Görün Paşinyan bizi hara aparır... - Hakopyan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Nikol Paşinyanın mətbuat konfransı zamanı Qarabağla bağlı açıqlamalarına istinad edərək bildirirəm ki, Paşinyan və komandasının hər hansı bəyanatı artıq təəccüb doğurmur və onlardan Qarabağın lehinə hər hansı bəyanatın olacağını onsuz da gözləmirəm”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Qondarma rejimin "Milli Parlamenti”nin deputatı Metakse Hakopyan deyib. M.Hakopyan bildirib ki, artıq Paşinyan və onun komandasının əli-qolu açılıb:
"O mənada ki, 2020-ci il noyabrın 9-da minlərlə hərbçimizin qanında əllərini yuyaraq, Qarabağdan çəkilməyə başladılar. Üstəlik dekabrın 10-da Nikol Paşinyan nəhayət ki, Ermənistan hakimiyyəti üçün Qarabağ məsələsini bağladı. Yəni elə bir vəziyyət yaranıb ki, bu gün Qarabağ başqa heç bir siyasi fəaliyyətlə məşğul olmasın. İndi isə Paşinyan həmkarı İlham Əliyevlə Qarabağın 25% məsələsinin həll etməsi üçün planlar qurur və onun bütün açıqlamaları da bu məntiqə uyğundur”.
Qondarma deputat Paşinyanı türk agenti adlandırıb: 
"Bilirik ki, bu adam türk agentidir, Azərbaycanın maraqlarına xidmət edən agentdir, ona görə təəccüblənmirik, hirslənmirik, hətta İlham Əliyevlə oxşar açıqlamalar verəndə də qəzəblənmirik. Burada yeganə dəhşət odur ki, bu adam Ermənistan hökumətinin başçısıdır və açıqlamasında dedi ki, Qarabağda icra və qanunverici orqanlarda Azərbaycanın nümayəndələri olmalıdır, yəni baxın, bu adam bizi hara aparır. Bu adam öz komplekslərini və ambisiyalarını təmin etmək üçün otuz ili ancaq bu məqsədlə yaşayıb. 1988-ci il ermənilər Qarabağda azərilərlə birlikdə yaşamalı olanda, bütün rəhbər vəzifələr azərilərin əlindəydi və ermənilər Qarabağda yalnız xidmət personalı və ya ən yaxşı halda yalnız deputat idilər. Paşinyan bizi yenidən həmin illərdəki duruma aparır.  
Paşinyanın övladlarımızı aparıb qəbrə qoyması bir yana, indi bütöv bir xalqın otuz illik ömrünü silir. Belə çıxır ki, mənim nəslimin də arzuları puça çıxır. Paşinyan bizi diri-diri öldürdü, o yaratdı bu vəziyyəti. Sərt səslənməsin, ancaq Paşinyanı qovmalıyıq və yaşayış olmayan bir adaya sürgün etməliyik. O, sırf erməni xalqının varlığına son qoymaq üçün gəlib və bunu Qarabağdan başladı. O, həmçinin üç il ərzində xalqı parçalamağı da bacara bildi. O, hakimiyyətə gəlmək üçün, təbliğat kampaniyası zamanı Qarabağ xalqının Ermənistandan qovulmalı olduğunu bəyan edərkən, heç vaxt Qarabağ ermənisini erməni adlandırmadığının da şahidi olduq. Yəni onun məqsədi iki erməni dövlətində yaşayan ermənilər arasında düşmənçilik və təfriqə salmaq idi. İndi isə Paşinyan Qarabağdan başlayaraq, Ermənistana çatmağa davam edəcək və bu birmənalıdır, çünki başqa cür ola da bilməz. Sonra birtəhər deyəcək ki, Zəngəzurda, Meğridə Qarabağ kimin olmalıdır və türklərin, azərilərin məskunlaşmaq istədiyi bütün yerlərdə belə olmalıdır. Bu, birgə proqramdır və mən anlaya bilmirəm ki, bizim hakimiyyət millətimizə daha hansı formada qətliam etməlidir ki, xalqımız məsələni bir dəfəlik anlasın”.
Telman