ABŞ Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu dəstəkləməyə davam edəcək.
Qaynarinfo xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə deyib.
ABŞ sülh, təhlükəsiz və firavan Cənubi Qafqaza nail olmaq üçün səy göstərməyə sadiqdir və tərəflər arasında, o cümlədən Avropa İttifaqı və ATƏT formasında tərəfdaşların iştirakı ilə ikitərəfli dialoqu dəstəkləməyə davam edəcək, - Prays əlavə edib.
O, belə görüşlərin təşkilində dövlət katibi Entoni Blinkenin də iştirak etdiyini xatırladıb. Görüşlərdən biri Vaşinqtonda, digəri Nyu Yorkda BMT-nin sentyabrda keçirilən sammiti çərçivəsində baş tutub.
"Əlbəttə, biz tərəflərin təkbaşına irəliləyiş əldə etməsini istəyirik. Münaqişənin hərtərəfli həllinin nədən ibarət olacağını deyə bilmərik. Bu, tərəflərin özləri etməli olduğu çətin işdir", - Prays bildirib.
Brüssel və Moskvadakı təşkilati işlərin "heç nəyə gətirib çıxarmadığını” nəzərə alaraq, ABŞ-ın vasitəçilik səylərini gücləndirib- gücləndirməyəcəyi ilə bağlı sualı cavablandıran Prays Vaşinqtonun tərəflərlə, o cümlədən ATƏT və digər tərəfdaşların iştirakı ilə işləməyə davam etdiyini bir daha vurğulayıb.
Alpər
Şərhlər