Xəbər lenti

Qız qalasında çılpaq kişi - FOTO
Maqazin06:17 07.05.2015

Qız qalasında çılpaq kişi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının ən tarixi məkanlarından birində qəribə hadisə baş verib. Qız qalasına çıxan turistlərdən biri çılpaq soyunub. Anspress-in məlumatına görə, adı tam bəlli olmayan şəxs fotolarını "Instagram"da yerləşdirib. 
Lakin fotonun dəqiq nə zaman çəkildiyi, bu zaman Qız qalasında ondan başqa ziyarətçinin olub-olmadığı da bəlli deyil. @myassthetics profilindəki foto may ayının 6-da burada paylaşılıb. Fotoda o üzü Alov qülləsinə tərəf dayanıb. Foto "Yuxarıda bir qız axtarılır" şərhi ilə paylaşılıb.
Qeyd edək ki, profilindən də göründüyü kimi bu şəxs demək olar ki, bütün şəkillərini bu formada - çılpaq çəkdirir. Belə ki, onun dünyanın müxtəlif yerlərində, dağlarda, çayda, idman stadionlarında olan fotoları mövcuddur. Bunların heç birində də onun üzü görünümür. 
Qaynar.info