Xəbər lenti

Qranadada hansı mövzular müzakirə olunacaq? (ŞƏRH)
Siyasət 18:37 25.09.2023

Qranadada hansı mövzular müzakirə olunacaq? (ŞƏRH)

"Qranadada sülh sazişi Qarabağ məsələsinə toxunulmadan müzakirə ediləcək".
 
Bunu Qaynarinfo-ya sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan və Ermənistan liderlərinin Avropa Siyasi Birliyinin Qranadadakı toplantısında baş tutacaq görüşünü şərh edərkən deyib.

Tofiq Zülfüqarov bölgədəki vəziyyətin bir qədər dəyişdiyini qeyd edib: 



"Qarabağda olan erməni hərbçilər və onların ailələri indi əraziləri tərk edirlər. Ermənistanı təmsil edənlər bölgəni tərk etsələr, hesab edirəm ki, ərazidə yeni bir şərait yaranacaq. Bakı artıq Azərbaycan vətəndaşlığına iddia edən insanlarla təmas quraraq, konkret məsələləri həll edəcək. Hazırda Ermənistanla Azərbaycan arasında əsas mövzu sülh sazişinin bağlanmasıdır. Bu problemi ləngidən məsələ, yəni Qarabağ mövzusu həmin sazişdə öz əksini tapmayacaq. Deməli, Qranadada görüşdə əsas mövzu, delimitasiya və demarkasiya məsələsi, Zəngəzur dəhlizi xmüzakirə olunacaq. Hələlik bu istiqamətlərdə də problemlər mövcuddur”. 

Qeyd edək ki, oktyabrın 5-də İspaniyanın cənubundakı Qranada şəhərində Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü nəzərdə tutulub. Bu barədə Almaniyanın "Bild" qəzeti yazır. Məlumata görə, İlham Əliyev və Nikol Paşinyanın görüşü Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutacaq. Görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də iştirak edəcəyi gözlənilir. "Armenpress" agentliyinin məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə səfər edəcək və orada həmkarları ilə görüşəcək. Görüşlər zamanı oktyabrın 5-də baş tutacaq danışıqların gündəminin müzakirə ediləcəyi ehtimal edilir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->