
“ABŞ Əfqanıstanda baş verənlərdən hələ də dərs götürməyib. Bir vaxtlar Əfqanıstanda “Əl-Qaidə”yə kömək edirdilər, indi də Suriyada bunu edirlər”.
APA-nın verdiyi məlumata görə, bu sözləri Suriyanın xarici işlər naziri Valid Muallem rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi birgə brifinqdə deyib. O bildirib ki, ABŞ indi də Suriyanı “Əl-Qaidə”nin mərkəzinə çevirmək istəyir.
V. Muallem müharibəyə qarşı çıxanlara təşəkkür edib: “Biz Amerika və ABŞ xalqlarının, eləcə də Roma papasının Suriyada müharibənin əleyhinə çıxmalarından çox məmnunuq. Necə ola bilər ki, demokratiyanın çarçısı olan AŞ prezidenti Barak Obama öz xalqının səsinə qulaq asmır?!”