
Qaynar.info xəbər verir ki, bu sözləri publika.az-a müsahibəsində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O jurnalistin "Yayılan məlumatlara görə, seçkilərə 10 gün qalmış bir neçə namizəd, o cümlədən siz Cəmil Həsənlinin xeyrinə geri çəkiləcəksiniz. Bununla bağlı nə deyə bilərsiniz?" sualını cavablandırarkən belə deyib: "Bu mənə qarşı qara piardır. Əgər sözün həqiqi mənasından bu seçkidə kimsə kiminsə xeyrinə namizədliyini geri götürməlidirsə, açığını deyim ki, elə Cəmil Həsənli namizədliyini mənim xeyrimə geri götürməlidir. Elə başa düşürəm ki, siyasi kriteriya baxımından bu daha düzgün olar."