
Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış qondarma "Dağlıq Qarabağ Respublika"sı konstitusiyasını dəyişir.
Qaynarinfo.Az erməni mətbuatına istinadən xəbər verir ki, 30 iyulda işçi qrup tərəfindən "respublika"nın prezidentinə təqdim edilmiş layihəyə görə dövlət idarəçiliyində prezident idarəetməsi modelinə keçiləcək.
"Prezident" Bako Saakyan təqdim edilən konsepsiyanı bəyənsə, işçi qrup öz işini davam etdirəcək.Qeyd edək ki, hazırda "DQR"-də yarım prezident idarəçiliyi qüvvədədir.
Qaynarinfo.Az