Xəbər lenti

"Dostlarım məndən inciyirlər" -Pənah Hüseyn
Siyasət06:12 13.09.2013

"Dostlarım məndən inciyirlər" -Pənah Hüseyn

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Kiməsə “sən prezidentliyə namizədliyini irəli sürmə” demək düz olmaz. Bu, hər kəsin konstitusion haqqıdır. Ancaq bu da var ki, müasir dünyada avtoritar rejimlərin xüsusi bir forması kimi “psevdo-demokratiya”lar yaranmışdır. Azərbaycanda da bu tipli bir rejim mövcuddur".

Qaynar.info-nun məlumatına görə, bunu İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn "Yeni Müsavat" qəzetinə müsahibəsində deyib. O bildirib ki, “Psevdo-demokratiyanın” əsas əlamətlərindən biri “psevdo-seçkilərdir”: "Əlbəttə ki, bu seçkilərdə də hakimiyyətin yaratmaq istədiyi bir psevdo-seçki görüntüsü təhlükəsi vardır. Açığı, avtoritar rejim mövcudluğu şəraitində müxalifətin seçkilərdə iştirakının əlbəttə ki, fəsadı yox deyil. O ki qaldı müxalifətin əsas hissəsini təmsil edən namizəd olduğu bir şəraitdə müxalif namizədlər çoxluğuna - həmin şəxslərin subyektiv istəklərindən asılı olmayaraq birbaşa bu təhlükəyə xidmət edirlər. Ancaq biz yuxarıda dediyim səbəblər üzündən bu təhlükənin fərqində olaraq, seçkilərdə iştirak mövqeyinə üstünlük verdik. Həmin şəxslər arasında mənim yaxın olduğum, dostlarım da var. Belə danışanda bizdən səmimi şəkildə inciyirlər, etiraz edirlər, sübut etməyə çalışırlar ki, onlar demokratiya uğrunda mübarizə aparırlar. Bildirirlər ki, əgər durum sizin təsvir etdiyiniz kimidirsə, onda Cəmil Həsənlinin də iştirakı eyni şəkildə dəyərləndirilməlidir. Ancaq açığı bu mübahisələndirmə sofistikadan başqa bir şey deyildir və xüsusi bir təkzibə də ehtiyac yoxdur".

Qaynar.info