Xəbər lenti

"İlham Əliyevlə Ərdoğanın görüşü çox önəmlidir" - ŞƏRH
Siyasət11:40 13.04.2016

"İlham Əliyevlə Ərdoğanın görüşü çox önəmlidir" - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan prezidenti ilə Türkiyə prezidentinin görüşündə ilk növbədə Qarabağ mövzusu müzakirə olunacaq". 
Bu sözləri Qaynar.info-ya açıqlamasında REAL İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bu gün baş tutacaq görüşünə münasibət bildirərkən deyib.
Azər Qasımlı
Azər Qasımlı bildirib ki, bu çox önəmli görüşdür: "Dağlıq Qarabağda son hadisələrdən sonra, Azərbaycan prezidenti ilə Türkiyə prezidentinin görüşməsi çox vacibdir. Həm hərbi məsələləri müzakirə etmək, həm də Qarabağın işğaldan azad olunması yönündə atılacaq strateji adımlar müzakirə olunacaq". 
Politoloqun sözlərinə görə, böyük ehtimalla Rusiyadan və Minsk Qrupundan Azərbaycan üçün təkliflər gəlib: "Bunlarla bağlı Türkiyənin münasibətini öyrənmək olduqca vacibdir. Azərbaycan və Türkiyənin bundan sonra da addımlarını birgə atması hər iki dövlət üçün önəmlidir. Bu baxımdan görüşü çox önəmli hesab etmək olar. Düşünürəm ki, ilk növbədə məhz Qarabağ mövzusu müzakirə olunacaq. Sözsüz ki, iki dövlət arasında digər sahələrdə də müzakirələr olacaq. Amma ən önəmli məsələ Qarabağ olacaq".
Qafqaz Rafiqoğlu 
Qaynar.info