Xəbər lenti

"İsa Qəmbər getməli idi, getmədi" -İbrahimbəyov
Siyasət05:30 17.09.2013

"İsa Qəmbər getməli idi, getmədi" -İbrahimbəyov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Mən Londona getmişəm, ya getməmişəm, bu, mənim işimdir".

Qaynar.info-nun məlumatına görə, bunu "Yeni Müsavat" qəzetinə müsahibəsində Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Londona getməməsinə aydınlıq gətirərkən deyib. O bildirib ki,  İsa Qəmbər də London səfərinə getməli idi, ancaq getmədi, heç kim bu problemi qaldırmır: "Mənim Milli Şuranın işlərindən başqa daha vacib işlərim var idi. Belə qərara gəldik ki, bölünək, 2 nəfər ora getsin. Londona vahid namizədin getməsi çox vacib idi. 20 gün - 1 aydan sonra, tətillər qurtarandan sonra Londona yenə də gedəcəyik. Çünki Milli Şuranın işləri seçkidən sonra da davam edəcək. Mən bilmirəm ki, Milli Şuranın taleyi necə olacaq... O mənada deyirəm ki, bəlkə formatı dəyişdik. Çünki elə partiyalar var ki, birdən onun tərkibindən çıxdılar. Amma mən özüm axıracan qalacağam və ümidvaram ki, bizim fəal iştirakçılarımız da burada axıra qədər qalıb bu işi davam etdirəcəklər. Amma bu işlərlə məşğul olarkən də mən siyasi məqsədlər güdmürəm".

Qaynar.info