Xəbər lenti

"Meydan TV" artıq peykdədir
Siyasət17:49 24.04.2013

"Meydan TV" artıq peykdədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Blogger Emin Milli "Facebook" səhifəsində "Meydan TV" ilə bağlı kontraktın imzalandığını yazıb.

Qaynar.info xəbər verir ki, blogger "Facebook" səhifəsində yazıb: "Bu gün kontraktı imzaladıq. Satalitedəyik. Mayın ortalarından Meydan TV yüz minlərlə və millyonlarla Azərbaycanlıların hüzurunda olacaq".

Qeyd edək ki, telekanalın saytında (Meydan-tv.com) verilən məlumata görə, Meydan TV mərkəzi Berlin şəhərində yerləşən gənc media kanalıdır. Məqsədi Azərbaycanda və ölkədən kənarda yaşayan vətəndaşlar üçün, həmçinin Azərbaycanda nələr baş verdiyini öyrənmək istəyən bütün insanlar üçün informasiya və əyləncə xarakterli alternativ verilişlər hazırlamaqdır.​

Qaynar.info