"Qarabağ və Azərbaycanın işğal edilmiş torpaqları sülh yolu ilə həll edilməlidir". Qaynar.info xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.
Nazir bildirib ki, problemin həlli üçün yetərli addımlar atılmır: "Bu günə qədər Qarabağ probleminin həlli üçün yetərincə addımlar atılmayıb. Biz bölgəmizdə daim müharibələrdən danışırıq. Bununla bərabər önəmli olan bir də dondurulmuş münaqişələr var. Krım və Qarabağın həlli dondurulmuş münaqişə halındadır. Təkcə Kipr probleminin həllində irəliləyiş var. Bir an əvvəl problemin həll edilməsi vacibdir. Azərbaycanın 7 bölgəsini Ermənistan hələ də işğal altında saxlayır.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına heç kimin səs çıxarmadığını bildirən Mevlüt Çavuşoğlu "Qəbul olunan qərarlar var, buna baxmayaraq kimsə səsini çıxarmır. Rusiya və ABŞ problemi həll etmək istəsə, bir həftəyə həll olunar. Problem həll olunmasa, atışmalar qaçılmaz olacaq. Biz həmişə Azərbaycanın yanındayıq. Bu gün Azərbaycanla bir çox məsələdə işbirliyimiz var. Biz bir millət, iki qardaşıq".
Qaynar.info