Xəbər lenti

"Samanyolu"nun sabiq rəhbəri qaçmaq istəyərkən tutuldu
Dünya16:39 07.08.2016

"Samanyolu"nun sabiq rəhbəri qaçmaq istəyərkən tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Samanyolu” telekanalının İdarə Heyətinin keçmiş rəhbəri Ali Çelik oğulları və bacısı oğlu ilə birlikdə həbs edilib. 

Qaynarinfo.Az xəbər verir ki, Bolqarıstana gedən avtobus Ədirnədə gömrük nəzarətindən keçərkən digər sərnişinlər kimi A.Çelik və onunla birgə olan 3 nəfər enməyərək pasportlarını təqdim ediblər. Yoxlama zamanı onların pasportlarındakı möhürün saxta olduğu məlum olub. Türkiyədən çıxmasına qadağa qoyulan A.Çelik və oğullar digər qohumu ilə birlikdə saxlanılaraq polisə təhvil verilib.

Qeyd edək ki, “Samanyolu” telekanalının fəaliyyətinə 15 iyul hadisələrindən sonra qadağa qoyulub.

Qaynarinfo.Az