Xəbər lenti

"Xəzər Lənkəran"ın yeni məşqçisi haqda sensasiyalı xəbər - FOTO
İdman10:42 15.04.2013

"Xəzər Lənkəran"ın yeni məşqçisi haqda sensasiyalı xəbər - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ALEKSİS PLAZANIN ANASI CON TOŞAKLA NİGAHDA İMİŞ

“Xəzər Lənkəran”ın yeni məşqçisi haqda sensasiyalı xəbər

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Benjamin Toşakın köməkçisi təyin olunan Aleksis Plaza ilə bağlı sensasiyalı məlumat ortaya çıxıb.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatı A.Plazanın anasının C.Toşakla nigahda olduğunu yazıb.

Qeyd edək ki, Aleksis Plaza 2010-cu ildə “Barselona” futbol klubuna prezident seçkiləri zamanı prezidentliyə namizəd olub. Seçki ərəfəsində keçiridiyi mətbuat konfrasında öz iddiasını ortaya qoyaraq “Barselona” kimi böyük kluba fayda vermək istədiyini deyib. O qeyd edib ki, prezident olarsa, “Barselona”ın maddi durumunun yaxşılaşmasına kömək edə bilər.

Seçkiqabağı təbliğatla əlaqədar keçirdiyi mətbuat konfransına A.Plazanın anasıyla birgə Con Toşak da qatılıb. Bununla bağlı İspaniya saytlarında şəkil də yayılıb.

Həmin mətbuat konfransında bildirilib ki, Aleksis Plaza bir vaxtlar İsveçrədə oxuyub, “Barselona”ya prezidentliyinə namizədliyini irəli sürərkən “Le Méridien” otelində çalışıb.

“Xəzər Lənkəran” klubunun rəsmi saytı, A.Plazanın futbol faəliyyəti haqda bildirib ki, o, əfsanəvi holland futbolçu və futbol funksioneri Yohan Kroyff tərəfindən “Klub idarəetməsi” diplomu ilə təltif edilib. Plazanın son iş yeri İspaniyanın “Sant Andreu” futbol klubu olub.

Qaynar.info