
“Fiat” şirkətinin qurucusu olan Anyelli ailəsinin varisi, həmçinin, İtaliyanın məşhur “Yuventus” klubunun da sahibi Andrea Anyelli sevgilisi Dəniz Akalınla Bodrumda istirahət edir.
Qaynarinfo.Az xarici KİV-ə istinadən xəbər verir ki, 10 il evli qaldığı Emma Vinterdən türk modelə görə ayrılan klub prezidenti tez-tez Türkiyəyə səfər edir.
Maraqlısı budur ki, D.Akalının əri Françesko Kalvo “Yuventus” klubunda sponsor əlaqələrinə məsul şəxs, həmçinin Anyellinin də yaxın dostu olub. Kalvo dostunun xəyanətini öyrəndikdən sonra klubdan 2 milyon avro təzminat alaraq “Barselona” klubuna keçib.
Qaynarinfo.Az