"Bütün dünya Şuşanı növbəti dəfə yaxından izləyəcək və onun əsl, əzəli sahibinin kim olduğunu bir daha yaxından görəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsinə münasibət bildirərkən deyib:
"Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi tarixi hadisədir.Torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsi ilk növbədə dünyaya verilən bir mesajdır.Dünya azərbaycanlıları öz doğma Şuşa şəhərində bir araya gələcək. Şuşa dünya azərbaycanlılarının əlaqələndiricisi rolunda çıxış edəcək. 65 ölkədən 400-ə yaxın soydaşımız Şuşaya toplaşacaq. Bu dünya azərbaycanlıları üçün ən sevincli gündür. Dünya Azərbaycanlılarının bütün qurultayları soydaşlarımızın harada yaşamalarından asılı olmayaraq hər zaman Vətənə nə dərəcədə bağlı olduqlarını nümayiş etdirib. V qurultay bu mənada xssusilə əlamətdar, yadda qalan hadisə kimi tarixə düşəcək”.
Rüfət Sultan