Xəbər lenti

Rasim Balayevdən Xalq artistinə sərt cavab:
Sənət 13:22 11.02.2025

Rasim Balayevdən Xalq artistinə sərt cavab: "Səbəbini bilmir?"

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev həmkarı Şeyx Əbdül Mahmudbəyovun onunla bağlı gileylərinə aydınlıq gətirib. 

Sədr Qaynarinfo-ya açıqlamasında aktyorun 80 illik yubileyini təbrik etmədiyini etiraf edib:
 
"Bəs, həmin aktyordan soruşmadınız ki, Rasim Balayevin sizi təbrik etməməsinin səbəbi nədir? Axı, hər şeyin səbəbi var. Əgər, Şeyx Əbdül Mahmudbəyov bunun səbəbini bilmirsə, daha ona sözüm yoxdur. Səbəbləri özü yaxşı bilir. Yoxsa nə vardı ki... Məncə, düşünsün bir az. Bizə demədiyi söz qalmadı, ağzına gələni danışırdı. Danışıb, elə indi də danışır, özünü də elə aparır ki, sanki belə şeylər olmayıb". 


Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov saytımıza müsahibəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdən güleylənib. Aktyor sədrin onun yubileyini təbrik etmədiyini bildirib. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->