Xəbər lenti

Rauf Mirqədirov müalicə müəssisəsinə köçürülür
Siyasət14:00 25.08.2015

Rauf Mirqədirov müalicə müəssisəsinə köçürülür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

MTN-in təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirov bu gün tibbi müayinə üçün Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüləcək. 

Bu barədə Turan-a onun vəkili Fuad Ağayev bildirib.

Qeyri-rəsmi mənbələrin məlumatına görə, R.Mirqədirovun səhhətində ciddi problemlər var.  Avqustun əvvəllərində jurnalist Leyla və Arif Yunusların işi üzrə prosesdə dindirilib. O zaman prosesi izləyən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı R.Mirqədirovun çox arıqladığını və ağrılardan əziyyət çəkdiyini demişdi.

R.Mirqədirov 2014-cü ilin aprelində Türkiyədən deportasiya olunduqdan dərhal sonra dövlətə xəyanət ittihamı ilə həbs edilib.

O bu ittihamı qəti şəkildə rədd edir. Həbsin əsl səbəbi dövlətə xəyanətdə ittiham olunan Leyla Yunusun layihələrində iştirak etməsidir

Qaynar.info