Çörəksiz, qazsız qalmaq olar, ancaq... - Ekspert distant dərslərdən danışdı

Çörəksiz, qazsız qalmaq olar, ancaq... - Ekspert distant dərslərdən danışdı

"TV vasitəsi ilə keçirilən dərslərdə müəyyən catışmazlıqlar var".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. 

O qeyd edib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə TV vasitəsilə dərslərin keçirilməsi təşəbbüsü alqışlanmalıdır:

"Vaxt edib bir neçəsinə baxmışam. Hər şey yaxşıdır, amma bəzi çatışmazlıqlar aradan qalxsa əla olardı. Çatışmazlıqlardan biri müəllimlərin dilidir. Çox rəsmi danışırlar, səs tonu eynidir, sanki məruzə oxuyurlar. Bütün cümlələr nəqlidir. Mübtəda, xəbər və ikinci dərəcəli üzvlər hamısı bütün cümlələrdə tətbiq edilir. Ali məktəb tələbələri və ya yuxarı sinif şagirdləri üçün bu danışıq tərzi məqbul ola bilər. Ancaq aşağı sinif, xüsusilə ibtidai sinif şagirdləri üçün çətin anlaşılır.

İkinci çatışmazlıq yazı lövhələrinin az olmasıdır və ya olmamasıdır. Hazır təqdimatlar yaxşıdır, ancaq aşağı sinif şagirdləri üçün lövhədən az faydalıdır.
Üçüncüsü, interaktivliyin olmamasıdır. Heç olmazsa 3-5 şagirdi Skayp vasitəsilə qoşmaq olar ki, canlı alınsın, şagirdlər suallar versin, müəllim yoxlama sualları versin və s.

Hər bir halda bütün bunlar təkmilləşdirmə istiqamətində verilən vətəndaş təşəbbüsüdür. Anlayıram ki, TV imkanları da məhduddur".

Ekspert başqa yolun tapılmasının vacibliyini də bildirib: 

"Məncə, dərsləri daha geniş formada hazırlayıb Yutub vasitəsilə paylaşmaq yaxşı olardı. Burda müəllimlərin koordinasiyası vacibdir. Çörəksiz, işıqsız, qazsız qalmaq olar, amma təhsilsiz qalmaq qətiyyən olmaz".

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR