Xəbər lenti

Rusiya Baxmut bölgəsində təşəbbüsü əldən verir - ISW
Dünya 12:29 18.05.2023

Rusiya Baxmut bölgəsində təşəbbüsü əldən verir - ISW

Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində məhdud əks-hücumları fonunda rus işğalçıları cəbhənin bu sektorunda təşəbbüsü əldən verirlər. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu yazıb.

Analitiklər qeyd ediblər ki, hazırda Ukrayna qüvvələrinin uğurları həm Ukrayna Müdafiə Nazirliyində, həm də Rusiya Müdafiə Nazirliyində təsdiqlənir.
Xüsusilə, İnstitut, Rusiya Müdafiə Nazirliyinə istinadən, Ukrayna Silahlı Qüvvələrinin Boqdanovka (Baxmutdan 5 km şimal-qərb) və İvanovski (Baxmutun qərbindən 6 km) bölgələrində irəliləməsi haqqında yazır.

Eyni zamanda, Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojin Rusiya ordusunun "ərazi ələ keçirdiyini” iddia edən Müdafiə Nazirliyininin rəhbərini tənqid edib. O, bu bəyanatı yanlış fikirlər adlandırıb.

Ekspertlər qeyd edirlər ki, Ukraynanın əks-hücumları məhdud olsa da, işğalçılar artıq bu mərhələdə döyüş meydanında təşəbbüsü itirməyə başlayıblar.


Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->