Ötən gecə Belqorod və Kursk vilayətlərində pilotsuz təyyarələrlə döyüş baş verib.
Qaynarinfo
xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, regionlar üzərində 14 pilotsuz uçuş aparatı - 11-i Belqorod, 3-ü Kursk üzərində vurularaq ələ keçirilib.
Hücumda təyyarə tipli PUA-lardan istifadə edilib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun Teleqramda yazdığına görə, Belqorod və Proxorovka kəndinə hücum edilib. Belqorodda pilotsuz təyyarənin qalıqları düşdükdən sonra quru ot alovlanıb, üç fərdi evə də ziyan dəyib.
Qubernator əlavə edib ki, hazırda Belqorod və Belqorod vilayətində raket xəbərdarlığı sirenası işə salınıb. O, sakinlərə "pəncərələrdən uzaq durmağı və möhkəm divarlı pəncərəsiz otaqlara sığınmağı tövsiyə edib. "Küçədə olsanız, sığınacaq və ya başqa təhlükəsiz yerə enin", - Qladkov tövsiyə edib.
Kursk vilayətində də gecə saatlarında hava hücumu xəbərdarlığı edilib, lakin səhər saat 6:15-də ləğv edilib.
Moskva vaxtı ilə səhər saat 9-da Belqorod qubernatoru Belqorod və Belqorod vilayəti üzərində hava hücumundan müdafiə qüvvələrinin şəhərə yaxınlaşarkən səkkiz hava hədəfini vurduğunu bildirib. Rayon rəhbərinin sözlərinə görə, avtomobilin üzərinə düşməsi nəticəsində sürücü dünyasını dəyişib, xəsarət alanlar var.
Alpər