Xəbər lenti

Rusiya MN: "Qırıcımız ABŞ-nin dronu ilə təmasda olmayıb"
Siyasət19:40 14.03.2023

Rusiya MN: "Qırıcımız ABŞ-nin dronu ilə təmasda olmayıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Aerokosmik Qüvvələrinin (AQ) nəzarət vasitələri səhər saatlarında ABŞ-nin "MQ-9” dronunun Rusiyanın dövlət sərhədi istiqamətində uçuşunu qeydə alıb.
"Report” xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
"Hava hücumundan müdafiə qüvvələrinin növbətçi qırıcıları Qara dəniz akvatoriyası üzərində hava məkanını pozanı müəyyən edilməsi üçün havaya qaldırılıb”, - MN vurğulayıb.
Bildirilib ki, Rusiya qırıcıları göyərtə silahlarından istifadə etməyib və Amerika dronu ilə təmasda olmayıb:
"Kəskin manevr nəticəsində amerika pilotsuz uçuş aparatı hündürlüyü itirərək nəzarətsiz uçuşa çıxıb və su səthinə çırpılıb”.