Dünya 14:01 28.05.2022

Rusiya Polşaya zərbə endirə bilərmi? – Beynəlxalq ekspertlərin rəyləri

Qərb ölkələrindən Ukraynaya silah tədarükünə görə Rusiya Polşada təchizat xətlərinə zərbə endirmək imkanına malikdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun direktoru Nil Melvin "Daily Express” qəzetinə müsahibəsində bildirib.
 
Onun sözlərinə görə, Ukraynadakı vəziyyətin daha böyük münaqişəyə çevrilə biləcəyi ilə bağlı qorxular var. Tədqiqatçı hesab edir ki, Rusiya guya NATO ərazisində, məsələn, Polşada təchizat xətlərinə zərbə endirməyə cəhd edə bilər.
 
"Bu, şübhəsiz ki, bir riskdir", - o deyib.

Bir qədər əvvəlsə Almaniyanın "Telepolis” nəşri xəbərdarlıq edib ki, Ukraynada münaqişə nə qədər uzun sürərsə, nüvə toqquşması riski bir o qədər yüksək olacaq. Kiyevə amerikan silahlarının fasiləsiz tədarükü isə bu uzanmanı ancaq uzadır. Müəlliflər qeyd edirlər ki, Amerika konsernləri ancaq və ancaq silah satışından pul qazanmağı gözləyir, halbuki Qərb media məkanında kompromis və diplomatik həll yolunun axtarışını müdafiə edənlərin səsi praktiki olaraq eşidilmir.
 
Alpər