Xəbər lenti

Rusiya XİN-dən Paşinyana mesaj: “Bu, Ermənistan üçün fəlakətli olardı...”
Dünya07:10 13.09.2023

Rusiya XİN-dən Paşinyana mesaj: “Bu, Ermənistan üçün fəlakətli olardı...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 "Son günlərin ən aktual mövzusu Ermənistandır. Rusiya və Ermənistan xalqları çox yaxındır. Amma vaxtilə Ukrayna ilə də belə idi. Sizcə, Ermənistan hakimiyyəti hansısa yolla iki ölkənin xalqlarını bir-birinə qarşı qoya bilərmi?”
Qaynarinfo xəbər verir ki, bu sual TASS-ın baş redaktorunun müavini Yuliya Şarifulinanın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadan Şərq İqtisadi Forumunun kuluarlarında götürülən müsahibədə yer alıb. Mariya Zaxarova belə cavab verib:
- Bu, ümid edirəm ki, baş verməz. Ürəkdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə bir məqsədi və vəzifəsi yoxdur. Çünki məncə, bu, Ermənistan üçün fəlakətli olardı. Çünki həqiqətən də Rusiya tarixən nəinki özünü göstərib, əksinə Ermənistanın və erməni xalqının etibarlı müttəfiqi, dostu, ən yaxın tərəfdaşı olduğunu dönə-dönə təsdiqləyib. O, ən çətin anlarda köməyə gəlib, yeri gəlmişkən, dəstək olub, nailiyyətlərinə necə sevinməyi və seçimlərini qəbul etməyi bilib, məsələn, bəzi istiqamətləri və ya kursu bölüşdüyünü deyə bilmədikdə belə. Amma Rusiya bunu qəbul edib. Çünki o, bu ölkənin suveren seçiminə hörmətlə yanaşır. Mən əmin deyiləm ki, Ermənistana qarşı bu cür münasibətdən əl çəkməyin həm ölkəyə, həm də xalqa faydası ola. Belə əlaqələri bir ilə, beş ilə qurmaq olmaz. Bu, tarixi bazadır. Bu, zamanla sınaqdan keçirilmiş tarixdir. Ən əsası insanın ruhundan, ürəyindən gələn tarixdir. Bu, sadəcə konyunktura deyil, sadəcə olaraq hansısa proqramda yazılmır və həyata keçirilməsi üçün insanların öhdəsinə buraxılmır. Bizim ölkənin insanları belə düşünür, belə hiss edir, bu ölkəyə, bu xalqa sevgi ilə yanaşırlar. Onlar ora dincəlmək, qohumları ziyarət etmək, işgüzar məqsədlərlə gedirlər. Və durub hər şeyin üstündən bu cür keçmək... Ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə planları yoxdur.
Alpər