Rusiya XİN Laçın dəhlizində sülhməramlıların tənqidini sərt qarşıladı (VİDEO)
Rusiya sülhməramlı kontingentinin Laçın dəhlizindəki hərəkətlərinin tənqidi qəbuledilməzdir, çünki "ictimai hücumlar” vəziyyətin həllinə kömək etmir.
Qaynarinfo xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.
"Biz dəfələrlə bildirmişik ki, Rusiya sülhməramlıları vəziyyətin yerində nizamlanması üçün əlindən gələni edir. Heç bir ictimai hücum işə kömək etmir, vaxtı ilə vəziyyət bundan daha pis olub. Biz bu vəziyyəti yaxşılaşdırmaq üçün çalışırıq”, - deyə Zaxarova bugünkü brifinqdə bildirib.
Şərhlər