Xəbər lenti

Rusiyanı tərk edən şirkətlər Azərbaycana gəlir? - Ekspert
Siyasət08:13 15.07.2022

Rusiyanı tərk edən şirkətlər Azərbaycana gəlir? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəzi dövlətlər Rusiyanı tərk edən xarici biznesi öz ölkələrinə cəlb etməyə çalışırlar. Bu xüsusda əsasən də elə Rusiyanın özünə yaxın olan dövlətlər fərqlənirlər. Bu günlərdə Qazaxıstan Prezidenti Tokayev bildirib ki, ölkəsi Rusiyanı tərk etmiş yüzlərlə beynəlxalq biznesi qəbul etməyə çalışmalıdır. Tokayev Rusiyada fəaliyyətini dayandıran 1000-ə yaxın xarici şirkət üçün Qazaxstanda "əlverişli şərait” yaratmağı təklif edib. 
"Biz investisiya kapitalı uğrunda qlobal mübarizənin şahidiyik. 1400-ə yaxın iri xarici şirkətin mühüm hissəsi Rusiyada fəaliyyətini ya dayandırıb, ya da ölkə bazarını tamamilə tərk edib. Hökumət onların Qazaxıstana köçürülməsi üçün əlverişli şərait yaratmalıdır. Bu, hasilatı artırmaq üçün bizə yaxşı imkan verəcək”, deyə Tokayev hökumətin iclasında bildirib.
Azərbaycan da öz iqtisadiyyatını gücləndirmək üçün bir sıra hallarda xarici bizneslə işləməyə üstünlük verir. Bu mənada, Azərbaycan da Qazaxıstan kimi Rusiyanı tərk edən beynəlxalq biznesə münasibətdə anoloji addım ata bilərmi? Belə bir addım atılarsa, bu, ölkəmizə nə verəcək?
Məsələni Qaynarinfo-ya şərh edən "Liberal İqtisadçılar” Mərkəzinin sədri Akif Nəsirli düşünür ki, Rusiyanı tərk edən xarici biznesin Azərbaycana cəlb edilməsi ölkəmizdə mövcud olan problemlərin əsaslı şəkildə həllinə səbəb ola bilər. Amma bununla belə, ekspert deyir ki, bunun üçün ölkədə münbit şərtait yaradılmalıdır:
"Xarici sferada fəaliyyət göstərən biznes subyektlərinin Azərbaycana cəlbi müşkül məsələdir. Ona görə ki, ölkə daxilində biznes üşün lazımi dərəcədə münbit şərait yoxdur. Bunun üçün iqtisadiyyatda inhisarçılıq aradan qalxmalı, rəqabət mühiti formalaşmalı, məhkəmələrin işləkliyi, mülkiyyətə real zəmanət hüququ təmin olunmalı, vergi sistemi təkmilləşməlidir. Bu istiqamətlərdə addımlar atılsa, Azərbaycan cəlbedici məkan olaraq, dünyanın istənilən biznesini maraqlandıra bilər. Azərbaycanın bu sahədə real potensiala malikdir. Amma yaradılan iqtisadi-siyasi mühit ölkəmizin cəlbedicilik reytinqini kifayət qədər aşağı salıb”. 
Ekspert hesab edir ki, həmin biznesin ölkəmizə gəlişilə Azərbaycanda çox ciddi problemləri aradan qaldıra bilərdi:
"İşsizlik probleminə ciddi zərbə vurula, əlavə maddi nemətlər istehsal edilə, nəticədə bolluq yarana bilərdi. Bu da öz növbəsində ucuzluğa gətirib çıxarardı. 
Rüfət Sultan