Dünya 14:08 26.05.2023

Rusiyanın Belqorod vilayətinə yenə PUA hücumu oldu: “Qazprom”un binası vuruldu

Rusiya Federasiyasının Belqorod vilayətində "Qazprom” şirkətinin binasına pilotsuz təyyarə partlayıcı qurğu atıb.

Qaynarinfo xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov "Telegram"da yazıb.

"Belqorod rayonunun Oktyabrski qəsəbəsində pilotsuz təyyarədən partlayıcı qurğu atılıb. İtki yoxdur. PUA-nın hücumu nəticəsində inzibati binaya ziyan dəyib: pəncərələr sınıb, fasad və dam örtüyü dağılıb. Bütün əməliyyat xidmətləri yerində işləyir”, - o qeyd edib.

"Baza”dan verilən məlumata görə, hücum mayın 25-i saat 23:00 radələrində baş verib. Qeyd edilir ki, "Qazprom”un binasına ziyan dəyib, lakin itki yoxdur.

Alpər