Ukrayna ilə sərhəddən 50 km aralıda yerləşən Bryansk vilayətinin Klintsı şəhərində partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” qəzeti
yazıb.
Partlayışın səbəbi hələ də bəlli deyil, lakin şahidlər evlərdə elektrik və suyun yoxa çıxdığını iddia edir və helikopterlərin şəhərin üzərində uçduğunu əks etdirən videoları yayımlayırlar. Şahidlərin sözlərinə görə, döyüşçülər artıq səmaya qalxıb.
"Klintsıda eşidilənlər” Telegram kanalının xəbərinə görə, mərmi partlaması hərbi bazaya və yaşayış məntəqəsinə düşüb, orada bir qadın yaralanıb.
Regionda terror təhlükəsi "sarı" səviyyədədir.
Alpər