ABŞ Prezidenti Co Bayden, 28 noyabr gecəsi Rusiyanın Ukrayna şəhərlərinə və enerji infrastrukturuna həyata keçirdiyi genişmiqyaslı hücuma reaksiya verərək Ukrayna xalqına dəqiq mesaj ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, ABŞ liderinin bəyanatı Ağ Evin rəsmi
saytında dərc edilib.
Demokrat lider vurğulayıb ki, "Rusiya Ukraynaya dəhşətli hava hücumu həyata keçirib". Prezident əlavə edib ki, rusların Ukrayna ərazisinə güclü zərbəsi dəhşətlidir və bir daha ukraynalılara rus təcavüzündən müdafiə olunmasında dəstəyin təcili və vacib olduğunu xatırladır.
"Ukrayna hakimiyyəti bildirir ki, Rusiya Ukrayna şəhərlərinə və enerji infrastrukturuna qarşı təxminən 200 raket və pilotsuz uçuş aparatı buraxıb, nəticədə Ukraynanın mülki əhalisi elektrik enerjisindən məhrum olub", - deyə Bayden qeyd edib.
Amerikalı lider ukraynalılara dəqiq bir mesaj da verib:
"Amerika Birləşmiş Ştatları sizin yanınızdadır".
Onun fikrincə, Rusiya Ukrayna vətəndaşlarının qərarlılığını, dözümünü və cəsarətini hələ də düzgün qiymətləndirmir. "ABŞ 50-dən çox ölkə ilə birlikdə Ukraynaya və onun azadlıq uğrunda mübarizəsinə dəstək verir", - deyə Bayden vurğulayıb.
Rusiya 27-28 noyabr tarixlərində Ukraynaya genişmiqyaslı hücumlar təşkil edib. Ukrayna tərəfinin məlumatına görə, havada 188 müxtəlif növ pilotsuz aparat və raketlər, o cümlədən kamikadze dronlar aşkar edilib.
İşğalçılar əsasən enerji obyektlərini hədəf alıb. Hava hücumu nəticəsində dağıntılar baş verib. Elektrik enerjisi təchizatında ciddi problemlər yaranıb və təcili işıqsöndürmə tədbirləri həyata keçirilib.
Alpər
Şərhlər