Xəbər lenti

Saakaşvilidən İvanişviliyə ağır ittiham
Siyasət13:00 26.03.2014

Saakaşvilidən İvanişviliyə ağır ittiham

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bidzina İvanişvili rus kəşfiyyatının əməkdaşıdır"

“Rustavi-2” telekanalının canlı efirinə qatılan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bildirib ki, keçmiş baş nazir Bidzina İvanişvili təklikdə rus kəşfiyyatı ilə əlaqələrinin olmasını ona etiraf edib.

“Aktual.az” “Rustavi – 2” telekanalına istinadən xəbər verir ki, Saakaşvili keçmiş hökumət başçısının digər etiraflarını da səsləndirib:

“Abramoviç və İvanişvilidən başqa heç bir biznesmen Rusiyadan varidatını çıxara bilməyib. Bu, sual doğurmur? Mən bu barədə İvanişvili ilə ilk görüşmüzdə, 2012-ci ilin noyabr ayında, yeni höküməti formalaşdırarkən soruşmuşam. O, mənə dedi ki, rus kəşfiyyatının əməkdaşları sayəsində öz pullarını Rusiya ərazisindən çıxara bilib”.

Saakaşvili sonda bidirib ki, Gürcüstanda baş verən son hadisələrin və ona qarşı təzyiqlərin kökündə bu cür amillər durur.

Qaynar.info