Xəbər lenti

Sabiq bələdiyyə sədrinin oğluna məxsus fabirikin 300 min borcu var
Ekonomiks 18:21 24.02.2025

Sabiq bələdiyyə sədrinin oğluna məxsus fabirikin 300 min borcu var

"Azərbaycan Karton Qutu və Qablaşdırma Fabriki" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu üzə çıxıb. 

Qaynarinfo-nun məlumatına görə, sözügedən fabrikin 3 saylı Ərazi Vergilər İdarəsinə 292.157,21 AZN vergi borcu yaranıb. 

Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan fabrikin direktoru Bəhram Əliyev Elxan oğludur. 

Xatırladaq ki, Bəhram Əliyev 10 il əvvəl "Mercedes" markalı maşınla 45 yaşlı şəhər sakini İmran Vaqif oğlu Əliyevi vuraraq öldürmüşdü. O, Quba bələdiyyəsinin sabiq sədri Elxan Əliyevin oğludur.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->