Avqustun 12-də Nyu Yorkda bıçaqla hücuma məruz qalan və ağır yaralanan yazıçı Salman Rüşdinin artıq süni tənəffüs aparatına ehtiyyacı qalmayıb və vəziyyəti yaxşılaşıb.
Qaynarinfo bu barədə "İndian Exwpress"ə istinadən xəbər verir.
İngilis əsilli amerikalı yazıçı və jurnalist Atiş Tasir də "Twitter"də bir mesaj yayımlayaraq, "Rəşdi artıq danışa və hətta yenidən zarafat edə bilir" deyib.
Bu arada Salman Rüşdinin həyatına sui-qəsd cəhdi edən Hadi Mətarın istintaqı və məhkəmə prosesi başlayıb.
Nyu-York polisinin məlumatına görə, o, "ikinci dərəcəli adam öldürməyə cəhd" ittihamı ilə həbsdədir və hazırda onun girov müqabilində azadlığa buraxılması ehtimalı yoxdur.
"İkinci dərəcəli adam öldürməyə cəhd" ABŞ-ın məhkəmə sistemində müstəqil iş sayılır və bir şəxs günahkar bilinərsə, bu, bir neçə il həbslə nəticələnə bilər.
Qeyd edək ki, məşhur "Şeytan ayətləri” kitabının müəllifi olan 75 yaşlı Salman Rüşdi iki gün əvvəl Nyu-York universitetlərindən birində çıxışı ərəfəsində Hadi Mətar adlı 24 yaşlı radikal şiə gənc tərəfindən bıçaqla hücuma məruz qalıb, boyun və qarın nahiyəsindən ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər