Hind əsilli yazıçı Salman Rüşdiyə hücum edən şəxsin kimliyi ilə bağlı detallar məlum olub.
Qaynarinfo "Iranintl"ə istinadən xəbər verir ki, bu barədə "NBC News" polis rəsmisinə istinadən
yazıb.
Polis Salman Rüşdiyə hücum edən Hadi Motərin sosial şəbəkələrdəki hesablarına istinad edərək onun İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məqsədləri və şiə ekstremizminin tərəfdarı olduğunu söyləyib.
Telekanal əlavə edib ki, İranın BMT-dəki nümayəndəliyi Salman Rüşdiyə hücumla bağlı şərh tələbinə cavab verməyib.
"The New York Post” qəzeti isə təhlükəsizlik mənbələrinə istinadən yazıb ki, ilkin araşdırmalara görə, Hadi Motər daha əvvəl sosial şəbəkələrdə İslam Respublikası, İnqilab Keşikçiləri, Livan Hizbullahı və şiə ekstremizmini dəstəkləyən materiallar dərc edib.
Qeyd edək ki, ötən gün məşhur "Şeytan ayələri” kitabının müəllifi, 75 yaşlı Salman Rüşdi Nyu Yorkda "Chautauqua” İnstitutunda mühazirəsindən əvvəl Hadi Motər adlı 24 yaşlı radikal şiə tərəfindən hücuma məruz qalıb və ağır bıçaq yarası alıb. Həkim Martin Haskell Salman Rüşdinin yaralarının ciddi, lakin müalicəsinin mümkün olduğunu bildirib.
Salman Ruşdi Hindistanın Bombey (indiki Mumbay) şəhərində anadan olub. Yazıçının "Şeytan ayələri” romanı müsəlmanların şiddətli etirazına səbəb olub. İranın dini lideri ayətullah Xomeyni fətvasında Ruşdini açıq şəkildə lənətləyərək onu, o cümlədən kitabın nəşrində iştirak edən bütün şəxsləri ölüm hökmünə məhkum edib və dünya müsəlmanlarını bunu yerinə yetirməyə çağırıb.
Aydın
Şərhlər