Xəbər lenti

Sədr tərəfdarları İraq parlamentini tutub Məhərrəmlik mərasimi keçirdilər
Dünya07:39 31.07.2022

Sədr tərəfdarları İraq parlamentini tutub Məhərrəmlik mərasimi keçirdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bağdadın Yaşıl Bölgəsində dünən axşam saatlarında İrana yaxın siyasətçi Məhəmməd Şiya Sudaninin baş nazir postuna namzədliyinə etiraz olaraq beton maneələri qaldıraraq İraq parlamentinə daxil olan Müqtəda Sədr tərəfdarları içəri daxil olduqdan sonra İraq parlamentində ilk dəfə zəncirvurma mərasimi keçiriblər.
Qaynarınfo bu barədə "Alalam" agentliyinə istinadən xəbər verir.
"Müşahidələr göstərir ki, parlament daxilindəki oturaq aksiyalara təchizat və yemək göndərilib və dəlillər bu oturaq aksiyanın sona çatdığını göstərmir. Bu gün oturaq aksiyalara daha çox sayda insan qatılıb", - Əl-Aləm müxbiri qeyd edib.
Xəbərdə dünən polisin iğtişaşçılarla toqquşduğu bildirilir, Bağdad Fövqəladə Hallar Təşkilatı isə iğtişaş zamanı 100-dən çox nümayişçinin və 25 təhlükəsizlik qüvvəsinin yaralandığını bildirib.
Aydın